img

SEA BREEZE

CASPIAN DREAM LINER

Caspian Dream Liner Sea Breeze Resort-dakı layihələr arasında əsl brilyantdır və təkcə Sea Breeze Resort-un deyil, bütünlükdə Xəzər sahilinin simvoluna çevriləcək müasir memarlığın əsrarəngiz şah əsəridir.

Möhtəşəm 11 mərtəbəli apart-otel açıq mavi dənizdə üzən layner formasında layihələndirilib. Bu unikal layihə Azərbaycanın turizm tarixində yeni səhifə açır və dünyanın hər yerindən turistləri cəlb edən əsas məkanlardan birinə çevrilmək üçün yüksək potensiala malikdir.

Caspian Dream Liner-in tikintisi üçün Sea Breeze akvatoriyasında xüsusi süni ada salınıb. Üzgüçülük hovuzları və SPA kompleksləri, məşhur dünya brendlərinin butikləri və gözəllik salonları, premium restoranlar və sonsuz dənizə panoramik mənzərəsi olan dəbdəbəli “sky bar” – kompleks nəinki memarlığı, həm də infrastrukturu ilə bütün gözləntiləri üstələmək ixtiyarındadır.

Caspian Dream Liner apart-otelində istirahət gözəl və unudulmaz olacaq, ancaq bu cənnəti tərk etmək mütləq deyil. Siz Caspian Dream Liner-də daşınmaz əmlak almaqla bu layihənin rezidenti olacaqsınız. Nəzərə alın ki, tikinti işləri artıq başlayıb, layihə üç il ərzində həyata keçiriləcək.

Caspian Dream Liner adlı hekayə hələ indi başlayır, lakin sizin artıq imkanınız var ki, bu hekayənin bir hissəsi olasınız.

Zəng edin  Bizə yazın

Mənzillər

Tikilir

2027

226

MƏNZİL

11

MƏRTƏBƏ

54-660 ㎡

SAHƏ

Üstünlüklər

Şəxsi hovuz

Təhvil şəkli: təmirli, mebelli

Xəzər dənizinə möhtəşəm mənzərə

Yeraltı parking

Yerüstü parking

Barlar və restoranlar

Qalereya

Video

360 dərəcəli Tur