img

SEA BREEZE

SKYLINE

Skyline Xəzər dənizinin birinci sahil zolağında, Bakıdan yarım saatlıq məsafədə yerləşən yeni apart oteldir. Binanın sehrli əyriləri və hamar konturları sanki səmada üzən dalğaların və buludların hərəkətini əks etdirir. Skyline-ın memarlığı təbiətin özü kimi unikaldır, buna görə də Sea Breeze Resort-da xüsusi yer tutur.

Dəniz kənarındakı aparıcı dəbdəbəli otellər kimi Skyline-ın da öz infrastrukturu var: birinci mərtəbədə restoran və üzgüçülük hovuzu var. Burada istirahət etmək və həyatdan zövq almaq üçün hər şey var!

2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər panoramalı pəncərəli mənzillər, mərtəbələrdə mənzərəli terraslar və parklar var. Pəncərələrin əksəriyyəti bütün möhtəşəmliyi ilə görünən Xəzər dənizinin ecazkar mənzərələrinə açılır. Yuxudan oyananda dalğaların musiqisini eşitmək, yeni günü terrasda bir fincan kofe ilə qarşılamaq və üzünüzdə təzə mehi hiss etmək çox xoşdur/füsünkar bir hissdir.

Gələcək sakinləri təmir məsələləri üzərində baş sındırmalı olmayacaq — Skyline-da bütün mənzillər yüksək keyfiyyətli gözəl təmir ilə təhvil verilir. Buraya elektron qıfıllı giriş qapısı, döşəmə parket, kondisioner və istilik sistemi, divar kağızla işlənmə, boya və keramik plitələr, bütün santexnika və işıqlandırma daxildir. Neytral rəng birləşmələri sayəsində finiş istənilən interyer üslubu üçün əla əsas olacaqdır.



Zəng edin  Bizə yazın

Mənzillər

Tikintidədir

Yaz 2025

7

MƏRTƏBƏ

293

MƏNZİL

45-450 ㎡

SAHƏ

Üstünlüklər

Fitnes

Təhvil şəkli: təmirli

İcarə xidməti

Resepşn

Xəzər dənizinə möhtəşəm mənzərə

Yeraltı parking

Qapalı basseyn

Barlar və restoranlar

Qalereya

Video

360 dərəcəli Tur