arrow
arrow
arrow
arrow

SEA BREEZE

BEACH CLUB

Beach Club sərhədsiz istirahət məkanıdır: 600 yerlik iki mərtəbəli restoran White Villas 2 layihəsinin yaxınlığında yerləşir və bütün lazımi kurort infrastrukturuna malikdir. Layihənin memarı Aleksey Fursovun qarşısına restoran, mətbəx və istirahət zonasını birləşdirən konsept hazırlamaq qoyulmuşdu. Beach Club-ın əsas ideyasını – “hər kəs üçün mükəmməl istirahət məkanı” devizini “pool bar”, şezlonq və çətirlərlə təchiz edilmiş böyük hovuz anladır. Bundan əlavə, restoranda toy, korporativ tədbirlər keçirə, ailənizlə birgə əlamətdar günləri qeyd edə bilərsiniz. 

Beach Club-ın mətbəxinə məşhur Moskva restoranlarında böyük peşəkar təcrübəyə sahib brend-şef Sergey Kondakov rəhbərlik edir. Menyu Azərbaycan milli mətbəxinə əsaslanır, lakin Avropa formatındadır. Bu cür yanaşma sayəsində yeməklər müasir formada təqdim olunur. 

Bar menyusunda isə şərablar, müxtəlif növ kokteyllər təklif edilir. 

Beach Club sayəsində vaxtınızı xoş, dadlı və əyləncəli keçirə bilərsiniz.

 

+994 999 62 01 01