Təqdimatınızı seçin və endirin
22 06.2023
“Sea Breeze Resort & Residences”-in developeri və təsisçisi Emin Ağalarov Svetlana Bondarçukun “Света вокруг света” YouTube-şousunun qonağı olub.
O, müsahibə zamanı uşaqlıq illərindən, həmçinin ailəsi, biznes və tərəfdaşlarından, və təbii ki, Sea Breeze barədə danışıb. Developer Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sea Breeze-ə bu yaxınlarda etdiyi səfərlə bağlı təəssüratlarını da bölüşüb.
“Bu, cənab Prezidentin Sea Breeze-ə ilk gəlişi idi və fikrimcə əlamətdar hadisədir, çünki ilk növbədə ona nə planlaşdırdığım barədə danışmaq və artıq görülən işləri göstərmək imkanım oldu. Çox şadam ki, bəyəndi”, – deyə E.Ağalarov qeyd edib.
Müsahibəyə aşağıdakı linkə keçid edərək baxa bilərsiniz: