“Samolet” tikinti korporasiyasının qonaqları Sea Breeze-i ziyarət etdilər

27 Fevral, 2024

arrow

Fevralın 27-də Sea Breeze Resort fəxri qonaqları – Rusiyanın ən böyük developer şirkətlərindən biri olan “Samolet” şirkətlər qrupunun nümayəndələrini qarşıladı.

 Kurort şəhəri ilə tanışlıq zamanı qonaqlar tikintisi başa çatmış yaşayış kompleksləri və infrastruktur obyektləri, eləcə də tikintisi davam edən və növbəti illərdə tamamlanacaq layihələrlə tanış olublar.

 Rusiyalı həmkarlarımız Xəzər dənizinin valehedici mənzərələrini və ərazinin genişliyini yüksək qiymətləndirdilər. Kompleksin bütün sakinlərinin ixtiyarında olan mənzərəli panorama qonaqları heyran etdi – Sea Breeze-dəki mənzillərin əksəriyyətindən sahil mənzərələri açılır.

Sea Breeze ilə tanışlıqdan sonra qonaqlar onları maraqlandıran məqamlara toxunub təəssüratlarını bölüşdülər, eləcə də Sea Breeze Resort-dan brend hədiyyələri qəbul etdilər.