Təqdimatınızı seçin və endirin
01 09.2025
30 avqust 2025-ci il tarixində məşhur müğənni INNA Sea Breeze Resort-da paytaxt sakinlərinə və qonaqlarına unudulmaz bir axşam bəxş etdi.
“Hot”, “Amazing”, “Sun Is Up”, “Cola Song” hitlərinin, eləcə də “Flashbacks”, “Yalla”, “Up” və “Deja Vu” kimi məşhur treklərin ifaçısı möhtəşəm vizual effektlər və sonsuz əyləncə atmosferi ilə zəngin möhtəşəm bir şou təqdim etdi.
Gecənin finalında baş tutan möhtəşəm atəşfəşanlıq şousu isə simvolik şəkildə Sea Breeze-də avqust ayının musiqi tədbirlərinə son qoydu.
Konsert Fiesta Event Group tərəfindən, Dream Group International-ın tərəfdaş dəstəyi ilə təşkil olunub.