LANDAU School-un Sea Breeze-də yeni binası açılır

01 07.2024

arrow

Övladları məktəbli olan bütün valideynlər üçün şad xəbərimiz var: tezliklə LANDAU School-un Sea Breeze kurort şəhərciyinin ərazisindəki yeni binasının açılışı baş tutacaq. Sea Breeze-də yerləşən LANDAU məktəbi daim inkişaf edir. Kurort şəhərciyinin sakinləri artır və məktəb yeni şagirdlər üçün yeni texnoloji korpus hazırlayıb.

LANDAU School özəl məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyində qeydiyyatdan keçib və “Pearson” tərəfindən akkreditasiya olunub. Burada şagirdlərin peşəkar və şəxsi keyfiyyətlər əldə etmələri üçün hərtərəfli tədris prosesi qurulub. “LANDAU” məktəbi bərabər imkanlar, inkişaf edən rəqabət mühiti və yüksəkkeyfiyyətli bilik təklif edir.

LANDAU-da riyaziyyat, təbiət elmləri (fizika, kimya, biologiya), ingilis dili və İT fənləri dərindən tədris olunur. Burada kurikulum həm milli, həm də xarici kurikulumlar əsasında qurulub və məzunların dünyanın müxtəlif universitetlərinə qəbulu üçün nəzərdə tutulub. Nizam-intizama xüsusi diqqət yetirilir, həftəlik testlər və aylıq direktor monitorinqi vasitəsilə tələbələrin biliyinin keyfiyyətinə daim nəzarət edilir. Uşaqlara pulsuz dəstək dərsləri verilir və tez-tez müxtəlif seminarlar və master-klaslar keçirilir.

Ətraflı məlumat: *1908
Məktəbə qeydiyyat: https://bit.ly/4cJF1dx
Məktəbəqədər (yay məktəbi) qeydiyyat: https://bit.ly/3W9Ozt6