Təqdimatınızı seçin və endirin
18 09.2025
Sea Breeze-də Bakıda beşinci satış ofisinin təntənəli açılışı keçirildi. Ofis Landau məktəbinin yanında yerləşir və kurort şəhərinin inkişafının birinci mərhələsini əks etdirən ən böyük – 21 metrlik maketlə təchiz olunub.
Tədbirdə Sea Breeze-in təsisçisi Emin Ağalarov inkişaf planlarını təqdim edərək Prime Residence 2, Paradise, Port d’Azur və Blue Waters yaşayış komplekslərini elan etdi. O, həmçinin gələcək layihələri vurğuladı – Referans klinikası, 50 000 tamaşaçı tutumlu konsert arenası və beynəlxalq otel operatorları ilə əməkdaşlıq.
Açılışa həsr olunmuş xüsusi kampaniyalar 31 oktyabra qədər qüvvədədir:
– 230 m² və 290 m² sahəyə malik fərdi evlər (təmirli) – 5% ilkin ödənişdən başlayaraq 48 ayadək güzəştli şərtlərlə;
– Park Residences 2 (təmirli) və Blue Waters – 10% ilkin ödənişdən başlayaraq 48 ayadək güzəştli şərtlərlə;
– Polo Residences (təmirli) və Park Residences 3 – 15% ilkin ödənişdən başlayaraq 36 ayadək güzəştli şərtlərlə.
Ofisin ünvanı: Sea Breeze Resort, Referans Hospital, 31-ci dalan