Təqdimatınızı seçin və endirin
09 10.2023
Sea Breeze Resort'da Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın himayəsi altında baş tutan Nine Senses Fest Beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı başa çatdı.
Sağlam həyat tərzini təbliğ edən üçgünlük marafon məşhur təlimçiləri, yoqa ustalarını və fərqli sağlamlıq təcrübələri üzrə mütəxəssisləri Bakıda bir araya gətirdi.
Nine Senses'in akademik direktoru Natalya Jukova bunları bildirib: "Azərbaycanda hələ belə miqyaslı hadisə baş tutmamışdı. Bu festival eyni anda bədən, zəka, ruh ilə bağlı olan fərqli istiqamətləri özündə birləşdirir."
Sea Breeze Resort Nine Senses Fest festivalının baş sponsoru kimi çıxış etdi.
Festival, Nine Senses incəsənət mərkəzi, Sea Breeze Event Hall və digər məkanlarda həyata keçirildi.
Nine Senses Fest iştirakçılara yaradıcı düşüncə dünyasını, sağlam həyat tərzini tanıtmaqla, yeni praktikalarla öz həyat təcrübəsini zənginləşdirməyə imkan yaratdı və ilham və yeni təəssüratlar mənbəyinə çevrildi.
Festivalın ən yaddaqalan hadisələrindən biri yoqa ustası, musiqiçi və bəstəkar İmram Kriyanın çıxışı oldu.
Qeyd etmək lazımdır ki, digər headliner'lər - Çin təbabəti üzrə mütəxəssis Anna Vladimirovna, Artistic Yoga istiqamətinin yaradıcısı Mandan Quatam, mental və emosional təbabət üzrə mütəxəssis Mətanət Babayeva, həmçinin Elşad Rəhimov, Səbinə Şahi və Konstantin Xarkovskiy və s. də böyük marağa səbəb oldular.
Festival çərçivəsində əl işləri, şamlar, ətirlər, yoqa üçün geyimlər, yağlar, musiqili badələr və s. təqdim olunan yarmarka da təşkil edildi.
Nəticə olaraq Nine Senses Fest festivalının hər il keçirilməsi qərar verildi.