Sea Breeze-dən Novruza özəl təklif: Bahar aksiyası ilə mənzil almaq daha sərfəli oldu

01 03.2026

arrow

Novruz yenilik, təravət və bolluq-bərəkəti özündə ehtiva edən və ən gözəl və doğma xatirələrimizi oyadan əziz bayramımızdır. El ənənəsinə görə, məhz baharın gəlişi ilə insanlar öz gələcəkləri haqda planlar qurub, qərarlar verirlər. Eləcə də bu zaman kəsimində bir çoxları yeni ev almaq barədə düşünürlər.

Novruz bayramı münasibətilə Sea Breeze xüsusi aksiya elan edir: Xəzər dənizi sahilindəki kurort şəhərində mənzillər sərfəli şərtlərlə!

1-31 mart tarixlərində Sea Breeze-də mənzil alanlar xüsusi iki hədiyyə arasından seçim imkanı əldə edəcəklər:

  • parkinq yerinin qiymətinə 50% endirim,
  • yaxud eyvan və ya terras qiymətinə 50% endirim.

Sea Breeze-də mənzil sahibi olmaq istəyənlər həmçinin ipoteka proqramları və faizsiz hissəli ödəniş fürsətindən də istifadə edə bilərlər. Aksiya aşağıdakı Sea Breeze layihələrinə şamil olunur:

  • Lighthouse 2
  • Polo Residences
  • Park Residences 2
  • Park Residences 3
  • Park Residences 4
  • Gardens Residences
  • Miami Residence
  • Park Lane
  • Prime Residence
  • Prime Residence 2
  • Paradise
  • Sky Park
  • Palm Beach
  • Marina Village
  • Arabian Ranches
  • Monaco Residence
  • Blue Waters
  • Palazzo Del Mare
  • Premium Residence

Sea Breeze sakini olmaqla sadəcə daşınmaz əmlak sahibi olmursunuz. Burada sizə hərtərəfli yaşayış mühiti təklif olunur: yaşıllıqlar içində sahilyanı zonalar, gəzinti yerləri, restoranlar, idman infrastrukturu və il boyu rəngarəng tədbirlər. Bahar aksiyası gündəlik həyatınızı daha da rahat etmək üçün unikal fürsət yaradır: ya açıq havada sizə aid xüsusi yer, ya da rahat dayanacaq əldə etmək indi daha sərfəlidir.

Elə bu gün Sea Breeze sakini olmağa tələsin!

Diqqət: Bahar aksiyasının təklifləri digər xüsusi təkliflərlə birləşdirilə və eyni anda istifadə oluna bilməz.