9 sentyabr tarixində Sea Breeze Resort’da dünya şöhrətli tenor Alessandro Safina’nın imzalı ulduzunun təntənəli açılış mərasimi baş tutacaq

05 09.2023

arrow

Sea Breeze Walk of Famе – Azərbaycanın və dünyanın görkəmli musiqiçilərinə, aktyorlarına, rəssamlarına və digər mədəniyyət xadimlərinə həsr edilən layihədir. Xiyaban, açıq səma altında məşhurların imzalı ulduzlarını təqdim edir. Artıq xiyabanda Müslüm Maqomayev və Tamara Sinyavskayanın ulduzları ilə yanaşı, Engelbert Humperdinck'in və Nani Breqvadzenin ulduzları da quraşdırılıb.

Sizi 9 sentyabr saat 17:30-da “THE GRAND” binasının yanında gözləyirik! Giriş ödənişsizdir.