Təqdimatınızı seçin və endirin
02 07.2025
Bu gün ölkəmizdə dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kurort-şəhər Sea Breeze-i ziyarət ediblər.
Sea Breeze-in təsisçisi Emin Ağalarov Azərbaycan və Özbəkistanın dövlət başçılarına kurort ərazisində icra olunan və yaxın dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.
Eyni zamanda, Emin Ağalarov Çarvak su anbarı ərazisində yaradılacaq Sea Breeze Uzbekistan layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib.