Təqdimatınızı seçin və endirin
18 04.2025
Bu gün, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğulları Əli və Mikayıl Ağalarovlar Sea Breeze ərazisində tikintisi davam edən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrlə tanış oldular. Kurort şəhərciyinin sahibi və təsisçisi Emin Ağalarov əraziyə ekskursiya keçirərək yeni daşınmaz əmlak və infrastruktur obyektləri haqqında ətraflı məlumat verdi. Yenicə təhvil verilmiş Park Residences 2 kompleksi nümayiş etdirildi. Bu kompleks 1260 mənzildən ibarət 10 yeddimərtəbəli yaşayış binasını əhatə edir. Sakinlərin rahat yaşayışını təmin etmək üçün inkişaf etmiş infrastruktur yaradılıb: hovuzlar, istirahət zonaları salınıb, ərazinin geniş abadlaşdırılması işləri aparılıb.
Sonra Prezident İlham Əliyev və prezident ailəsinin üzvləri Sea Breeze-in baş planı və həyata keçirilən layihələrin nəticələri ilə tanış oldular.