Sea Breeze-də Riki Martinin konserti keçdi

03 08.2024

arrow

Avqustun 2-də Sea Breeze Resort-un yay açıq səma konsert məkanında dünyaşöhrətli müğənni, bəstəkar və aktyor Riki Martin Bakıda ilk konserti ilə çıxış etdi. O, “Maria”, “The Cup of Life”, "Adrenalina", "Nobody Wants to Be Lonely", "Livin’ la Vida Loca" kimi hitləri ifa etdi. Konserti 10 000-dən çox tamaşaçı canlı izlədi.
“Burada olmaqdan çox şadam. Üzünüzdəki təbəssümə baxaraq, enerjinizi hiss edərək və necə rəqs etdiyinizi görərək deyə bilərəm ki, heyrətamiz bir axşam olacaq. Bu gün mən hekayəmi musiqi vasitəsilə danışacağam – həyat yolumu, sevinc, kədər və digər duyğularımı. Bütün bunlar Bakıda olacaq”, – deyə Riki Martin tamaşaçılara müraciət etdi.
Axşam gözəl musiqi, inanılmaz işıq effektləri və alovlu rəqslərlə zəngin idi. Sea Breeze-in yay konsertləri üçün ənənəvi olan atəşfəşanlıq isə səmanı min bir rəngə boyadı. İstedadlı irlandiyalı multimedia sənətçisi “People Like Us”  atmosferli DJ dəsti ilə şounu davam etdirdi.
Həmin gün görkəmli sənətkarlar və dünyaşöhrətli ulduzların nailiyyətlərini əbədiləşdirən “Sea Breeze” Şöhrət Xiyabanında Riki Martinin ulduzu da öz yerini aldı.
Konsertin təşkilində göstərdikləri köməyə görə, iTicket Production, A+A Events və iticket.az-a təşəkkürümüzü bildiririk.