Bu gündən etibarən Sea Breeze-də əmlak almaq daha da asanlaşacaq

06 04.2023

arrow

Sizə tamamilə yeni olan Trade-in — mənzil mübadiləsi servisini təqdim edirik. Polo Residences və Park Residences 2 layihələrində mənzil almağı planlaşdıranlar bu xidmətdən yararlana biləcəklər.

Məsələn, bu komplekslərdə mənzil almaq üçün Siz öz daşınmaz əmlakınızı satmağı planlaşdırırsınız. Satış prosesi özü çox vaxt aparır və bir neçə ay çəkə bilər, digər tərəfədən isə, Siz yeni mənzilə mümkün qədər tez köçmək istəyirsiniz. Biz Sizə unikal şərtlər təklif etməyə hazırıq: öz əmlakınızı bizə Sea Breeze-də alacağınız mənzilin qismən ödənişi kimi təqdim edin, daşınmaz əmlakınıza bizdən sərfəli qiymət təklifi alın və razılaşmanı elə bizim satış ofisimizdə reallaşdırın.

Əlavə ödənişin məbləği isə təqdim olunan və alınan mənzilin dəyərindən asılıdır və bir qayda olaraq, yeni əmlakın ümumi dəyərinin ən azı 15%-ni təşkil edir.

Proses necə gedir?

— alıcı Polo Residences və ya Park Residences 2 kompleksində mənzil seçir
— satış ofisimizə müraciət edir və ödənişi qismən öz əmlakı hesabına həyata keçirəcəyini bildirir
— daha sonra potensial alıcının əmlakı qiymətləndirilir
— fərdi qiymət təklifi, sövdələşmə sənədi hazırlanır və müştəri ilə razılaşdırılır
— mübadilə sazişi və alqı-satqı müqaviləsi bağlanır

Budur, bir neçə sadə addım nəticəsində mənzilin satışı optimallaşır. Elə indi tradeinsb.az saytı vasitəsilə əmlakınız haqqında məlumatı qiymətləndirilmə üçün təqdim edin və menecerlərimizdən xüsusi sərfəli təklif əldə edin!

Sayta keç!