Təqdimatınızı seçin və endirin
02 03.2024
Martın 1 və 2-də Dubayda Azərbaycan, Rusiya, Çin, Hindistan, Qətər, BƏƏ, Qazaxıstan, Böyük Britaniya və digərləri daxil olmaqla, 15 ölkədən aparıcı developer şirkətlərinin mütəxəssislərini bir araya gətirən “Dvijenie” Beynəlxalq Daşınmaz Əmlak Zirvə Görüşü keçirilib.
Sea Breeze-in nümayəndələri forum iştirakçılarını bu irimiqyaslı layihə ilə tanış edib, onun investisiya potensialı, güclü biznes imkanları və müasir Azərbaycanda inkişaf bazarının xüsusiyyətləri barədə danışıblar.
Sammitdə daşınmaz əmlak sahəsində tanınmış ekspertlər, memarlar, beynəlxalq şirkətlərin sahibləri və müxtəlif ölkələrdən olan sahibkarlar çıxış ediblər. Sea Breeze-dən layihənin kommersiya direktoru Ayaz Tağıyev iştirakçıları kurort-şəhər layihəsi ilə tanış edib, investisiya perspektivləri haqqında ətraflı danışıb, kommersiya direktorunun müavini Ena-Kameliya Məlikova isə “Sea Breeze layihəsinin timsalında Azərbaycanda inkişaf” mövzusunda çıxış edib.