Təqdimatınızı seçin və endirin
13 08.2025
12 avqust tarixində Sea Breeze kurort şəhərciyinin ərazisində yerləşən Event Hall–da 7–12 yaşlı uşaqlar üçün Xəzər dənizinin Beynəlxalq gününə həsr olunmuş “Xəzərin qoruyucuları” adlı ekoloji maarifləndirmə günü keçirilib. Tədbir iştirakçıları Xəzər haqqında interaktiv təqdimata baxıb, onun ekosistemi və ekoloji davranış modelləri ilə tanış olub, su ehtiyatlarının qorunması mövzusunu müzakirə ediblər. Proqram çərçivəsində sahilboyu kiçik ekspedisiya təşkil olunub, burada suyun duzluluğu ölçülüb, su orqanizmləri və sahil bitkiləri öyrənilib, mikroskop vasitəsilə müşahidələr aparılıb. Bütün iştirakçılar “Xəzərə məktub” yazıb və dəniz qabıqlarından öz pano işlərini hazırlayıblar.
Hər bir iştirakçıya “Xəzər dənizinin gənc tədqiqatçısı” diplomu və ekspedisiyanın rəmzi möhürü olan “Dəniz pasportu” təqdim edilib.
Tədbir Sea Breeze Resort tərəfindən, kurortun ekoloji təşəbbüslər proqramı çərçivəsində Sosial-Ekoloji Mərkəz “EkoSfera” ilə birgə təşkil olunub.
Sea Breeze-in məqsədi, fəaliyyət göstərdiyi hər bir ölkədə ən ekoloji kurort şəhər olmaqdır. Layihə tikintinin bütün mərhələlərində ekoloji ekspertizadan keçir, burada su və torpaq keyfiyyətinə mütəmadi nəzarət olunur, bütün mühəndis sistemlərinin fəaliyyəti izlənir. 2024-cü ildən kurort şəhər mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Sea Breeze ərazisində artıq 10 milyondan çox ağac və bitki əkilib, yeni yaşıllaşdırma işləri davam etdirilir. Layihənin əsas xüsusiyyətlərindən biri sahilboyu tikinti xəttinin 400–500 metr geriyə çəkilməsidir ki, bu da geniş ictimai sahil zonasını qoruyub saxlamağa imkan verir. Qanunvericiliklə icazə verilən minimum 50 metrlik məsafə əvəzinə burada parklar, gəzinti yolları, restoranlar və hər kəs üçün sərbəst dənizə çıxış məkanları salınıb.