Təqdimatınızı seçin və endirin
15 11.2023
«Xəyal nədir? Bu sanki imkanlar dənizidir və bu dənizdə yaradıcı planlarımız və ambisiyalarımız üçün heç bir sərhəd yoxdur. Mən uşaqlığımı burada, Xəzər dənizinin sahillərində gəzərək keçirmişəm və xüsusi bir şey yaratmaq arzusunda olmuşam», – deyə Agalarov Development şirkətinin prezidenti, Sea Breeze Resort-un təsisçisi və sahibi Emin Ağalarov yeni filmdə hisslərini ifadə edir.
Rusiyalı rejissor və ShotFilm-in baş prodüseri Aleksandra Şotina Sea Breeze Resort haqqında sənədli filmlər silsiləsindən ilk videonu təqdim edib.
Bu yeni qısametrajlı filmdə Xəzər dənizinin sahilində unikal məkan – Nardaranda yerləşən kurort şəhərciyi yaratmış insanın arzularının gücü və iradəsi təcəssüm olunur.
Filmin qəhrəmanları memarlıq, tikinti ilə məşğul olan və Sea Breeze Resort-un infrastrukturunu yaradan insanlardır. Bu komanda yaradıcılar, böyük peşəkarlar və öz işlərinin əsl ustalarından ibarətdir.
«Biz birlikdə tam bir şəhər infrastrukturu quraraq, getdikcə daha çox möhtəşəm layihələr həyata keçiririk. Onlardan biri də Caspian Dream Liner-dir. Bu layihə görənləri heyran və məftun edir. Biz dənizdə süni adada unikal obyekt tikirik və bunun “Sea Breeze”in ən gözəl layihəsi olacağına əminəm», – Ağalarov deyir.
Filmin quruluşçu operatoru Kirill Qalaydo, operatoru Artem Şubindir. Layihənin icraçı prodüseri İrina Aleksandrovadır.