Dubayda Sea Breeze-in yeni ofisi açıldı

05 02.2025

arrow

Fevralın 3-də Dubayda Sea Breeze-in yeddinci satış ofisinin rəsmi açılışı oldu. Hazırda Bakı, Moskva və Təl-Əvivdə filiallar fəaliyyət göstərir. Yeni filial açılışı münasibətilə fevralın 3-dən 5-dək açıq qapı günləri keçirildi və qonaqlara kurort şəhərciyinin daşınmaz əmlak layihələri, xüsusən də Caspian Dream Liner-in maketi təqdim olundu.

Satış direktoru Ena-Kameliya Məlikova investisiya imkanlarından və Sea Breeze-in üstünlüklərindən bəhs edərək təqdimatlarla çıxış etdi. Qonaqlar Azərbaycanın qonaqpərvərliyindən zövq aldılar və ölkəmizin mədəniyyəti və adət-ənənələrinə şahidlik etdilər.

Ofis Emaar Meydanında yerləşir və qonaqları qəbul etməyə hazırdır. Sea Breeze mütəxəssisləri qonaqlara layihələr barədə ətraflı məsləhətlər verəcək və gələcəyin şəhəri ilə maraqlanan hər kəsin buradakı yeniliklərdən xəbərdar edəcəklər.

Yaxın planlarımıza Türkiyə və Özbəkistanda da yeni ofislərin açılması daxildir.

Sizi də yeni ofisimizdə gözləyirik: Emaar Square, Bina 2, 1-ci mərtəbə, Office 107, Dubay.