Sea Breeze Əbu-Dabidə keçirilmiş AIM konqresində iştirak edib

10 05.2024

arrow

Mayın 7-dən 9-dək Sea Breeze mütəxəssislərdən ibarət komandası xalqlar arasında həmrəylik və iqtisadi əlaqələrin inkişafını dəstəkləyən və Yaxın Şərqdə aparıcı investisiya platforması olan AIM Konqresində iştirak ediblər. Tədbir “ADNEC Abu Dhabi”də (Əbu-Dabi Milli Sərgi Mərkəzi) baş tutub.

Sea Breeze şirkətinin mütəxəssisləri tədbir iştirakçılarını Xəzər dənizinin sahilində yerləşən kurort və yaşayış kompleksinin layihələri ilə tanış ediblər. Sərgiyə gələn qonaqlar Azərbaycanın investisiya cəlbediciliyi və Sea Breeze-in investorlar üçün yaratdığı imkanlar haqqında məlumat əldə ediblər.

AIM konqresi yeni tərəfdaşlıqlar və iqtisadi artım imkanları yaratmaqla daha güclü qlobal iqtisadiyyat üçün şərait yaratmağa həsr olunmuş müstəqil beynəlxalq təşkilat olan “AIM Global Foundation” tərəfindən təşkil edilən illik investisiya toplantısıdır.