Sea Breeze “Qu Gölü” buz şousunun baş sponsoru oldu

19 05.2024

arrow

Heydər Əliyev adına idman-konsert kompleksində mayın 18-də Sea Breeze kurort şəhərciyinin baş sponsorluğu ilə “Qu Gölü” buz şousu baş tutdu. Pyotr İliç Çaykovskinin musiqisi əsasında buz üzərində gözəl baleti Yana Rudkovskaya və Yevgeni Plyuşenko təqdim etdilər.

Tədbir çərçivəsində Sea Breeze-in flaqman layihəsi olan Caspian Dream Liner-in maketi təqdim olundu. Ziyarətçilər Xəzər dənizinin yeni əfsanəsi, xüsusi olaraq salınmış adada yerləşən 11 mərtəbəli apart-hotelin xüsusiyyətləri, eləcə də Sea Breeze kurort şəhərciyinin bütün üstünlükləri ilə tanış oldular.