Bakıda keçiriləcək beynəlxalq “DREAM FEST” festivalı daha bir gün uzadıldı

11 Mart, 2024

arrow

İyulun 23-dən 28-dək Sea Breeze Resort-da “DREAM FEST 2024” beynəlxalq musiqi festivalı keçiriləcək. Möhtəşəm açıq hava festivalının təşkilatçıları tədbirin daha bir gün uzadıldığını elan ediblər.

Festival iştirakçılarının siyahısı hər gün dünyanın dörd bir tərəfindən ən yaxşı ifaçılar ilə yenilənir: Craig David, Engelbert Humperdinck, Gypsy Kings, Bosson, Mahmut Orhan, Jack Savoretti, David Foster, Dr. Alban, Haddaway, Burak Yeter, Rafet El Roman, Katharine McPHEE, Aygün Kazımova, Röya, Imanbek, Emin, Jony, Jah Khalib, Marie Crimebreri, Jah Khalib, Ani Lorak, Mot və bir çox başqaları!

“DREAM FEST” – altı gün ərzində inanılmaz şoular və Xəzər dənizi sahillərində əfsanəvi festival ab-havası. Festivala qatılan hər kəsi əsl qonaqpərvərlik və şərq koloriti gözləyir. Festivalda canlı iştirak edə bilməyənlər isə layihənin miqyasını televiziya versiyasında izləməklə qiymətləndirə bilərlər.

Rəsmi veb-sayt: dreammusicfest.com/new

Biletlər artıq satışdadır: iTicket.AZ