Sea Breeze-də mənzil sahibi olmaq şansı!

24 06.2025

arrow

Sadəcə 27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Castin Timberleyk konsertində iştirak etməklə Sea Breeze-də mənzil sahibi olmaq fürsətini qazanırsınız.

Sea Breeze şirkəti Iticket Production ilə birgə “Sea Breeze-də mənzil biletlə” adlı reklam aksiyasına start verir. Konsertin iştirakçılarından biri, Sea Breeze kurort şəhəri ərazisində yerləşən yeni Park Lane yaşayış kompleksində sahəsi 37.5 m² olan studiya tipli mənzilin sahibi olacaq.

Aksiyada iştirak etmək üçün sadəcə konsertə bilet almaq və tədbirdə şəxsən iştirak etmək kifayətdir.

Hər biletin üzərində unikal ştrix-kod var və bu kod avtomatik olaraq aksiyada iştirak edir. Qalib təsadüfi seçim yolu ilə müəyyən olunacaq və konsertdən sonra üç gün ərzində elan ediləcək. Aksiyanın nəticələri rəsmi Instagram səhifəsində paylaşılacaq: @seabreeze.realestate

Qalibə, bilet alışı zamanı göstərilən telefon nömrəsi və ya e-poçt ünvanına rəsmi bildiriş göndəriləcək.

Aksiyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.

Aksiyada iştirak etmək istəməyən şəxslər bu barədə info@iticket.az ünvanına elektron məktub göndərməlidir. Məktubun mövzusu “Aksiyada iştirakdan imtina” olmalı və aşağıdakı mətn daxil edilməlidir:
“Mən, [Ad, Soyad], 27.07.2025-ci il tarixində keçiriləcək Castin Timberleyk konserti çərçivəsində təşkil olunmuş Reklam Aksiyasında iştirakdan imtina edirəm. Biletimin iştirakdan çıxarılmasını xahiş edirəm.”
Məktuba biletin surəti əlavə olunmalıdır.

Ətraflı qaydalarla tanış olmaq üçün linkə keçid edin.