50 000-dən çox tamaşaçı və 10 ölkədən 150 ​​sənətçi: Sea Breeze-də DREAM Fest Beynəlxalq Musiqi Festivalı keçirildi

30 07.2024

arrow

İyulun 23-dən 28-dək Bakıda, Sea Breeze kurort şəhərciyində möhtəşəm DREAM Fest musiqi festivalı keçirildi: üç səhnə, 50 000 tamaşaçı, 150-dən çox dünya ulduzu, o cümlədən David Foster, Craig David, Jason Derulo, Nicole Scherzinger, The Jacksons, K-Maro, Imany, Dr. Alban, Outlandish, Original Enigma Voices və bir çox başqaları.

DREAM Fest görünməmiş sayda sənətçi və tamaşaçıları bir araya gətirdi. “Biz, həqiqətən, böyük miqyaslı festival keçirdik. Sea Breeze-ə müxtəlif ölkələrdən 150-dən çox sənətçi gəldi. Sevinirəm ki, DREAM Fest-in üç səhnəsində bu qədər dünyaşöhrətli ulduzlar toplaşdılar və bu qədər tamaşaçı dünyamiqyaslı tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik peşəkar komandanın çalışdığı bu heyrətamiz şounun şahidi oldu. DREAM Fest yeni çağırış, yeni texnologiyalar və ən inanılmaz ideyaları həyata keçirmək imkanıdır”, – deyə festivalın təşkilatçısı Emin Ağalarov bildirdi.

Festival boyunca hər gün dünyaşöhrətli sənətçilərin adlarına olan özəl ulduzların Azərbaycanın yeni turistik məkanına çevrilmiş “Sea Breeze” Şöhrət Xiyabanına qoyulması mərasimi keçirilirdi. Festivalın altı günü ərzində 14 ulduz öz imzalı ulduzunun açılışını etdi: The Jacksons, Dr. Alban, Orijinal Enigma Voices, Thomas Anders, SS Сatch, Craig David, Gianni Russo, David Foster, Nicole Scherzinger, Katharine McPhee, Jack Savoretti, Vakhtang Kikabidze, Rafet El Roman, Fərrux Zakirov. Hər kəs Sea Breeze Şöhrət Xiyabanını ziyarət edə və kumirlərinim ulduzları ilə şəkil çəkdirə bilər.

Getdikcə daha da qloballaşacaq “DREAM Fest” Xəzər dənizi sahillərində keçirilir və özündə əfsanəvi musiqi festivallarının ab-havasını daşıyır. İfaçı ölkələrin coğrafiyası qlobal miqyasda genişlənib: Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa, Amerika, MDB ölkələri. Tamaşaçıları festival təşkilatçılığında tamamilə yeni baxış gözləyir: Xəzər dənizi sahillərində altı günlük möhtəşəm açıq hava konsertləri, inanılmaz şoular və yüzlərlə dünyaşöhrətli sənətçinin çıxışları.