Sea Breeze-də DREAM Fest beynəlxalq musiqi festivalı başladı

24 07.2024

arrow

İyulun 23-dən 29-dək Sea Breeze bu yayın əsas tədbirlərindən biri, dünya ulduzlarının iştirakı ilə genişmiqyaslı DREAM Fest musiqi festivalına ev sahibliyi edir. Festivalın iyulun 23-də start götürdü.

Emin Ağalarov övladları Əminə, Mika və Əli, bacısı Şeyla və həyat yoldaşı Alena Qavrilova ilə, İmany, Ani Lorak, Səmra, Brendon Stoun, Laura Cuqeliya, İVKA, Yana Rudkovskaya, Eldar Qasımov və Nigar Camal, Sevanna və başqa ulduzlar qırmızı xalçadan keçdilər.

Axşam konsertini EMİN öz parlaq çıxışı ilə açdı. Xalq Artisti Təranə Muradovanın rəhbərliyi ilə Odlar Yurdu Rəqs Ansamblı eyni vaxtda üç səhnədə rəngarəng çıxışları ilə ifaçını müşayiət etdilər. EMİN qonaqları “Sbejim v Baku” hiti ilə salamladı və hər kəsə unudulmaz təəssüratlar arzuladı.

DREAM Fest-in ilk günündə məşhur dünya ulduzları: Imany, Outlandish, Maurizio Schweizer - Celentano Tribute Show, Lyusya Çebotina, Muboriz Usmonov, Sevanna, AISEL, Samra, Brandon Stone və Alonestar çıxış etdilər. Konsertin möhtəşəm yekunu amerikalı hitmeyker Ceyson Derulonun çıxışı oldu. Konsertin aparıcıları da ulduz duetləri idi: “Eurovision 2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, eləcə də Lyusya Çebotina və Vladimir Markoni. Tədbirin qonaqları siyahısında Vadim Vernik, Alina Şpak, Dinara Satjan, Maria OST, Anna Kaufman, Engelbert Humperdinck və bir çox başqaları var idi.

DREAM Fest-in tamaşaçıları və iştirakçıları Xəzər sahilinin əsrarəngiz yay ab-havasına qərq oldular. Hər kəs çimərlikdə dincəlir, festival proqramı ilə tanış olur, Sea Breeze-in çoxsaylı imkanlarından faydalanır və sevimli sənətçilərin inanılmaz şousundan həzz alırdılar.

Xəzər dənizi sahillərində keçirilən DREAM Fest getdikcə daha da qloballaşacaq əfsanəvi musiqi festivalıdır. İfaçı ölkələrin coğrafiyası qlobal miqyasda genişlənir: Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa, Amerika, MDB ölkələri. Tamaşaçılar festival mədəniyyətinə tamamilə yeni baxışla qarşılaşacaqlar: Xəzər dənizinin sahilində altı günlük möhtəşəm açıq hava şousu, inanılmaz ifalar və yüzlərlə dünya şöhrətli sənətçinin çıxışları.