Anar Məmmədxanovun ulduzu Sea Breeze Walk of Fame-də əbədiləşdirildi

20 07.2025

arrow

18 iyul tarixində Sea Breeze Walk of Fame ulduzlar xiyabanında görkəmli ictimai xadim, millət vəkili və "Bakılı Oğlanlar" KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanova həsr olunmuş ad ulduzunun təntənəli mərasimi baş tutdu.

Anar Məmmədxanov KVN Ali Liqasının çempionu və finalçısı, bir sıra nüfuzlu turnirlərin qalibi, 2002-ci ildə Bakıda keçirilmiş “Nə? Harada? Nə zaman?” üzrə ilk dünya çempionatının təşkilatçısı, Azərbaycanın Milli Məclisinə seçilmiş ən gənc deputat və Day.az portalının təsisçisi olmuşdur.

Mərasimdə onun anası Səidə İbrahimova, həyat yoldaşı İrada Məmmədxanova, oğlu İslam Məmmədxanov, bacısı Naidə Məmmədxanova, həmçinin Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva, Əməkdar incəsənət xadimi Vagif Gərayzadə, Xalq artisti Ənvər Sadıxov, Xalq yazıçısı Elmira Axundova və “Bakılı Oğlanlar” komandasının üzvü, NTV kanalının baş prodüseri Timur Vaynşteyn iştirak ediblər.

Anar Məmmədxanova həsr olunmuş ad ulduzu Sea Breeze Walk of Fame-də qoyulmuş 29-cu ulduz oldu.