Təqdimatınızı seçin və endirin
18 12.2024
Dekabrın 26-da 18:00-da Sea Breeze Resort-da yerləşən Grand Hall-da milli mətbəximizin ən yaxşı ənənələrini və müasir yanaşmanı özündə birləşdirən Azərbaycan şirniyyatları yarmarkası keçiriləcək.
Tədbir zamanı qədim və zəngin mədəniyyətimizə daha da yaxın olmaq imkanı əldə edəcəksiniz. Musiqili müşayiət unikal bayram ab-havası yaradacaq, qonaqlar isə Bakının aparıcı qənnadı brendlərinin və Sea Breeze Resort restoranlarının təqdim edəcəyi ləzzətli milli şirniyyatları dada biləcəklər.
Yarmarkada növbənöv Azərbaycan şirniyyatları – klassik paxlava və şəkərburadan müasir desertlərə qədər təqdim olunacaq. Giriş hər kəs üçün pulsuzdur, əvvəlcədən qeydiyyat tələb olunmur.
Azərbaycan mədəniyyətinə qərq olmaq və milli ləzzətlərin unudulmaz dadlarından zövq almaq fürsətini qaçırmayın!