Təqdimatınızı seçin və endirin
18 12.2024
Dekabrın 16-da The Ritz-Carlton Baku hotelində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2024-cü ilin yekunlarına yekun vuraraq, bu sahədə xüsusi uğur qazanmış 15 sahibkarlıq subyektinə illik “Dayaq” mükafatını təqdim etdi.
“İlin İnvestoru” nominasiyasının qalibi “Nardaran Invest” MMC oldu. Mükafatı şirkətin nümayəndəsi, “Nardaran Invest” MMC-nin maliyyə direktoru Heyran Hüseynovaya Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyev təqdim etdi.
Sea Breeze Bakıda keçirilmiş COP29 çərçivəsində qonaqların qəbulunda aktiv şəkildə iştirak edib. İqtisadiyyat Nazirliyi tərəfindən “Nardaran Invest” şirkətinə İnvestisiyaların təşviqi sənədi təqdim olunub və hazırda şirkət Xəzər dənizinin sahilində Sea Breeze kurort şəhərciyinin tikintisini həyata keçirir. Layihənin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına 1 milyard manat həcmində investisiyanın cəlb edilməsinə kömək edir. Kurort şəhərciyinin getdikcə böyüməsi ilə minlərlə insan daimi işlə təmin olunur.
“Dayaq” mükafatı hər il sahibkarlıq sahəsində nailiyyətləri vurğulamaq, biznes düşüncəsini təşviq etmək və dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək üçün təqdim olunur.