Bakıda birinci Sea Breeze İnvestisiya Forumu keçirilib

26 05.2023

arrow

Mayın 25-də Bakıda Çin, Avstraliya, Türkiyə, Rusiya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və digər ölkələrdən 250-dən çox nümayəndənin iştirak etdiyi birinci Sea Breeze İnvestisiya Forumu keçirilib.

Gün əraziyə ekskursiya ilə başlayıb, görüşlərlə davam edib və qala şam yeməyi ilə yekunlaşıb.

Forumun rəsmi hissəsində Sea Breeze Resort-un developeri və təsisçisi Emin Ağalarov, Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev, həmçinin Point Group-un sahibi Pavel Trayvas və Seaya komandası — Dmitri Qlazov və Yevgeni Korzun çıxış ediblər.

Spiker qismində çıxış edən Sea Breeze Resort-un satış və İnvestisiyalar üzrə direktoru Ayaz Tağıyev təqdimatında Azərbaycandakı investisiya mühiti, həmçinin Sea Breeze-ə investisiya etməyin üstünlükləri barədə danışıb. Həmçinin çıxış zamanı A.Tağıyev bir mənzilin gəlirliliyini, kompleksimizin üç layihəsini nümünə gətirərək isə qiymət artımının real hallarını nümayiş etdirib.

Qala şam yeməyi "Odlar Yurdu" folklor rəqs ansamblının (bədii rəhbər: Azərbaycanın xalq artisti Təranə Muradova) və "Excellent Music Band" qrupunun çıxışları ilə başa çatıb.