Sea Breeze ReExpo Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində

18 05.2023

arrow

Mayın 19-20-də Baku Crystal Hall-da Atlm Expo tərəfindən təşkil olunan 6-cı Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi - ReExpo keçiriləcək.

Sərgidə Azərbaycan, Türkiyə, Monteneqro, Kipr və Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrdən 300-dən çox lüks daşınmaz əmlak layihəsi təqdim olunacaq.

Sizi Sea Breeze kurort şəhərciyinin maketi, həmçinin videomateriallar, məlumat broşuraları, kataloqların təqdim ediləcəyi stendimizi ziyarət etməyə dəvət edirik. Bundan başqa, satış menecerlərimiz sizi maraqlandıran sualları cavablandıracaqlar, həmçinin seçdiyiniz əmlak üçün qiymət təklifini hesablayacaqlar.

Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.