Beynəlxalq ruhani və fiziki praktikalar festivalı – Nine Senses Fest

03 10.2023

arrow

Sea Breeze Resort - Nine Senses Festivalının partnyorudur.

6-8 oktyabr tarixlərində Bakıda Nine Senses Fest beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək.

Festival, Heydər Əliyev fondunun vitse-prezidenti, Nine Senses incəsənət mərkəzinin yaradıcısı Leyla Əliyevanın himayəsi altında baş tutacaq.

Festivalın əsas məkanları kimi: Nine Senses İncəsənət Mərkəzi, Sea Breeze Event Hall və The Club Port Baku idman kompleksi təyin edilib.

Nine Senses mərkəzinin akademik direktoru Natalya Jukova bildirib ki: "Əsas məqsədlər sırasında - Azərbaycanı dünyaya açıq, minlərlə illik ənənələrə, zamanla sınanmış dəyərlərə sahib olan, biznesə, təhsilə, şəxsi inkişafa müasir yanaşan bir dövlət kimi tanıtmaq, qarşılıqlı hörmət, ümumi maraqlara və qonaqpərvərliyə əsaslanan, fərqli mədəniyyətləri birləşdirən bir platforma yaratmaq, festivalın iştirakçılarını sağlamlıq, idman, tarixi və mədəniyyət kimi fərqli, inkişaf etmiş infrasturktura malik yeni turizm istiqamətləri ilə tanış etməkdir.”

Təşkilatçılar həmçinin bir çox qədim nəzəriyyələrin və dinlərin vətəni olan Azərbaycanın qüdrətli yerlərini, milli mədəni ənənələrimizi, zəngin mətbəximizi dünyaya nümayiş etdirmək, Azərbaycanda şüurlu sağlam həyat tərzinin saxlanmasına və inkişafına dəstək olmaq niyyətindədirlər.

Festivalın proqramı müxtəlif və rəngarəngdir. İştirakçılar, fərqli mənəvi istiqamətlər, meditasiya proqramları, yoqanın yüksək pillələri (kriya, kundalini, xatxa, nidra) ilə tanış olacaqlar. Bundan əlavə festivalın hər bir qonağına, çalışqanlığın, kreativliyin, uzun və aktiv həyatın bünövrəsi kimi fərqli sağlamlıq obrazlarının yaradılmasında təcrübələr və peşəkarlarla tanış olmaq imkanı yaradılacaq. Misal olaraq – stretching, qimnastika, hərəkət terapiyası.

“Mind” istiqaməti üzrə zehni sağlamlığa aid elmi və maarifləndirici mühazirələr təqdim olunacaq. Emosional intellektin inkişafı, fərqli istiqamətli təlimlər və yaradıcılıq üzərindən terapiya növləri.

Festival çərçivəsində canlı musiqili, yarmarkalı, həmçinin uşaqlar üçün KIDS CLUB olan əyləncə proqramı da nəzərdə tutulub.

Tədbirin headliner’ləri:

İmram Kriya – kriya yoqa ustadı, musiqiçi, bəstəkar və multiinstrumentalist.

Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssis, Wu Ming Dao şəfa təcrübələri məktəbinin yaradıcısı.

Nandan Qautam - ustad, müasir idman təbabətini və qədim yoqa müdrikliyini birləşdirən, parlaq və innovativ yoqa formasını tədbiq edən Artistic Yoga məktəbinin rəhbəri.

Mətanət Babayeva – korporativ mədəniyyətdə mental və emosional sağlamlıq və məhsuldarlıqla iş üzrə mütəxəssisdir. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biridir.

Festival Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.

Sea Breeze Resort Nine Senses Fest festivalının partnyorudur.

Festivalın proqram cədvəli ilə Instagram səhifəsindən tanış ola bilərsiniz: https://instagram.com/9senses_azerbaijan?igshid=MzRlODBiNWFlZA==