Sea Breeze ReExpo Moskva Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisində

23 09.2023

arrow

21-23 sentyabr tarixlərində Moskvada Rusiyanın ən böyük daşınmaz əmlak sərgisi ReExpo – Real Estate Russia keçirilib. Tədbir Crocus Expo-da təşkil olunub.

Bu ixtisaslaşdırılmış sərginin əsas məqsədi qlobal investisiya imkanlarına malik daşınmaz əmlak layihələrini təşviq etməkdir. Sərgidə müxtəlif ölkələrdən onlarla şirkət iştirak edib, onlar ziyarətçilərə geniş çeşiddə yaşayış və kommersiya təyinatlı daşınmaz əmlak təqdim ediblər.

Sərgi çərçivəsində spiker paneli təşkil olunub, həmən paneldə Sea Breeze nümayəndələri çıxış ediblər və tikilməkdə olan layihələr, uğurlu investisiya nümunələri barədə danışıblar.