Təqdimatınızı seçin və endirin
28 01.2026
Yanvarın 25-də Şahdağ turizm kompleksində Heydər Əliyev adına Snoubord Kuboku keçirildi.
Yarışda yüksək hazırlıq və idman ruhu nümayiş etdirən 40-a yaxın snoubord həvəskarı bir neçə yaş kateqoriyası üzrə mükafatlar uğrunda mübarizə apardı.
Yarışın sonunda qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri təqdim olundu. Dream Group International və Sea Breeze Magazine tədbirin tərəfdaşı qismində çıxış etdi.
Kubok Azərbaycanda snoubordinqin populyarlaşdırılması, aktiv həyat tərzinə marağın artırılması və idmanın inkişafına dəstək məqsədi ilə təşkil olunub.
Bundan başqa, fevralın 1-də Şahdağ kompleksində müxtəlif yaş kateqoriyalarında iştirakçılar arasında xizək idmanı üzrə Heydər Əliyev kuboku keçiriləcək.