Təqdimatınızı seçin və endirin
30 01.2026
Londonda, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı Səfirliyində keçirilmiş Sea Breeze layihəsinin rəsmi təqdimat mərasiminə 120-dən çox qonaq iştirak etdi.
Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovun dəstəyi ilə təşkil edilmiş tədbirdə daşınmaz əmlak və investisiya sahəsində aparıcı şirkətlərin nümayəndələri bir araya gəldi.
Gecənin əsas məqamı Sea Breeze şirkətinin sahibi və təsisçisi Emin Ağalarovun çıxışı oldu. O, təqdimatında layihənin strateji baxışını, miqyasını və memarlıq konsepsiyasını qonaqların diqqətinə çatdırmaqla bərabər, uzunmüddətli investisiya potensialını vurğuladı.