Təqdimatınızı seçin və endirin
06 03.2026
14–30 mart tarixlərində Bakıda Circus Sea Breeze arenasında “Şərq Sirki” şousu təqdim olunacaq. Proqramda Türkmənistan Dövlət Sirkinin əfsanəvi “Galkynyş” qrupu — 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Festivalının baş mükafat qalibləri iştirak edəcək.
Tamaşaçıları dünyanın ən məşhur atüstü sirk nömrələrindən biri, eləcə də akrobatik və digər sirk çıxışları gözləyir.
Ənənəyə uyğun olaraq, nümayişlərin ilk günləri valideyn himayəsindən məhrum olmuş uşaqlara, fiziki məhdudiyyətli uşaqlara və İkinci Qarabağ müharibəsi iştirakçılarının övladlarına həsr olunacaq.
Yeni proqramın təqdimatı və Novruz bayramı münasibətilə Circus Sea Breeze xüsusi aksiya elan edir:
14, 15 və 20 mart tarixlərində bütün seanslara biletlərin qiyməti 15 AZN olacaq.
Həmçinin 20 və daha çox şagirddən ibarət təşkil olunmuş məktəb qrupları üçün xüsusi şərtlər, müşayiətçi müəllimlər üçün isə pulsuz giriş nəzərdə tutulub.
Biletləri iTicket.az saytından və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 15–40 AZN aralığındadır.
https://iticket.az/events/circus/oriental-circus-circus-oscar-winners-galkynysh
Tamaşaçıların rahatlığı üçün “Koroğlu” metro stansiyasından Circus Sea Breeze-ə və geri istiqamətdə xüsusi avtobus xidməti təşkil olunacaq.