Təqdimatınızı seçin və endirin
10 03.2026
21 mart tarixində Sea Breeze qonaqları Novruz bayramını ailəvi və zəngin proqramla qeyd etməyə dəvət edir.
Saat 14:00-da Grand Novruz Family Festival başlayacaq. Qonaqları musiqi çıxışları, uşaqlar üçün interaktiv oyunlar və hədiyyələr, Novruz yarmarkası və yerli brendlərin təqdimatı gözləyir. Tədbirə və yarmarkaya giriş sərbəstdir.
Gündüz proqramı çərçivəsində Grand Hall-da 3–10 yaşlı uşaqlar üçün “Sehrli Novruz Dünyası” tamaşası təqdim olunacaq. Tamaşada sevilən qəhrəmanlar — Bahar Qız, Kösa, Keçəl, Cırtdan və Tık-Tık Xanım iştirak edəcəklər. Tamaşadan sonra uşaqlar üçün face-art zonası fəaliyyət göstərəcək.
Tamaşaya biletləri link vasitəsilə əldə edə bilərsiniz:
https://iticket.az/events/kids/novruzs-magical-world
Əlavə məlumat: +994 55 225 52 22
Saat 18:00–21:00 aralığında isə Shore House qarşısında axşam proqramı keçiriləcək. Proqram çərçivəsində aparıcılar, animatorlar, kəndirbaz, pəhləvan, DJ, milli geyimdə musiqiçilər və Novruz tonqalı olacaq. Giriş sərbəstdir.