Emin Ağalarov InvestFuture YouTube kanalına geniş müsahibə verib

04 07.2024

arrow

İnvestisiyaya həsr olunmuş məşhur InvestFuture kanalında Sea Breeze şirkətinin təsisçisi Emin Ağalarovun geniş müsahibəsi paylaşılıb. Aparıcı Kira Yuxtenko Eminlə unikal kurort şəhərciyinin inkişafı, sərfəli investisiyalar və dəniz sahilində yaşamağın üstünlükləri barədə danışıb.

Son bir neçə ildə Bakı populyar investisiya məkanına çevrilib və Azərbaycan BVF-nin hesabatına əsasən, investisiya üçün ən əlverişli yeddi ölkə sırasında yer alıb. Qərb investorları Azərbaycanın investisiya perspektivlərini yüksək qiymətləndirdilər. Belə ki, ötən il ölkəmizə rekord həcmdə birbaşa xarici sərmayə daxil olub, bu göstərici üzrə Azərbaycan dünyada 3-cü yeri tutub.

Hazırda Sea Breeze dünyanın hər yerindən investorlar üçün cəlbedici bir məkana çevrilir. Bu buraxılışda siz Sea Breeze-in tarixçəsi, bu genişmiqyaslı layihənin nə qədər investisiya tələb etməsi, xarici rezidentlərin əldə etdiyi üstünlüklər, kompleksin unikallığı və gələcəkdə necə inkişaf edəcəyi barədə məlumat əldə edəcəksiniz. Siz həmçinin unikal Caspian Dream Liner layihəsinin təməlqoyma mərasimindən kadrları izləyə və Sea Breeze-də yaşam haqqında bir çox maraqlı məlumatlar əldə edə biləcəksiniz.

İzləyicilər üçün xüsusi olaraq, sahəsi 70 kv.m-dən başlayan mənzillərə REALESTATE70 kodundan istifadə etdikdə  7% endirim təklif olunur.