Təqdimatınızı seçin və endirin
18 10.2023
Sea Breeze Resort-un sahibi, developer və restorator Emin Ağalarov, Daşkənd şəhərinə (Özbəkistan) səfəri zamanı mer səlahiyyətlərini icra edən Şavkat Umurzakov ilə görüşüb.
Görüş zamanı investisiyalarla bağlı suallara xüsusi diqqət yetirilib. Bu barədə danışan Şavkat Umurzakov, ölkə başçısı Şavkat Mirziyoyevin bu istiqamətdə apardığı uğurlu siyasətinin ölkəyə çox sayda investorların cəlb edilməsinə səbəb olduğunu bildirib.
Öz növbəsində Emin Ağalarov, Özbəkistan hökumətinin nümayəndələrinə Sea Breeze Resort-un irimiqyaslı layihələri barədə məlumat verib, onları əsas tikinti layihələri ilə ətraflı tanış edib, o cümlədən Xəzər dənizində süni adada tikilən və ilk bina-gəmi olan Caspian Dream Liner haqqında danışıb.
Görüşün yekunu olaraq, tərəflər tikinti və investisiya sahəsində əməkdaşlıq yollarını nəzərdən keçirmək üçün danışıqları davam etdirmək qərarına gəliblər.