Emin Ağalarov “Ostorojno, Sobçak” YouTube kanalına müsahibəsində Kseniya Sobçakı Bakı və Sea Breeze ilə tanış edib

11 10.2024

arrow

Çoxmilyonlu tamaşaçı auditoriyası olan “Ostorojno, Sobçak” adlı layihənin komandası bir müddət öncə  Sea Breeze-ə baş çəkərək, buradakı yeniliklərlə tanış oldular. Kseniya Sobçak Bakıya sonuncu dəfə 2021-ci ildə səfər edib və bu müddət ərzində Sea Breeze kurort şəhərciyinin ərazisində çoxlu dəyişikliklər baş verib.

Müsahibə çərçivəsində Emin Ağalarov Bakı boyunca bələdçilik edərək, şəhərimizin gözəlliklərini göstərməklə bərabər, Sea Breeze-in sürətli inkişafının əyani nəticələrini qonaqlara nümayiş etdirib.

Kseniya və komandası Grand Villa ilə yaxından tanış oldular, yeni daşınmaz əmlak və infrastruktur layihələri haqda məlumat əldə etdilər. Qonaqlar LANDAU məktəbində və Nikki Beach pop-up məkanında da oldular, eləcə də geniş Sea Breeze ərazisini dolaşdılar.

Bakının və Sea Breeze gözəl mənzərələri fonunda Emin Ağalarov bir sıra məqamlara da aydınlıq gətirir: gəzməyə cəmi iki günü olan turistlər Bakıda nə edə bilərlər, Rusiyanın əsas sosial şəbəkələrinin yaradıcısı Pavel Durov ilə Sea Breeze-də görüş necə keçdi və s.