Azərbaycanın ilk beynəlxalq investisiya layihəsi “Arabian Ranches”in təqdimatı

18 10.2024

arrow

Oktyabrın 18-də Sea Breeze-də yerləşən The Grand apart-hoteldə Azərbaycanın ilk beynəlxalq investisiya layihəsi olan Arabian Ranches-in təqdimatı baş tutdu. Layihə xarici investorlar üçün nəzərdə tutulub və Azərbaycanın beynəlxalq daşınmaz əmlak bazarında iştirakını genişləndirməyi hədəfləyir.

Tədbirdə Sea Breeze şirkətinin təsisçisi Emin Ağalarov çıxış edərək Xəzər dənizinin sahilində yerləşən kurort şəhərciyində yeni investisiya layihəsini təqdim etdi.

Arabian Ranches Azərbaycanın dəniz gözəlliyini və strateji mövqeyini qlobal miqyasda tanıtmağa yönəlmiş ilk layihədir. Layihə Türkiyə, BƏƏ və Azərbaycan şirkətləri ilə birgə həyata gerçəkləşdirilib.

Siz də xəbərləri izləyin. Arabian Ranches layihəsinin bazasında investorlar üçün maraqlı və perspektivli təkliflər olacaq!