Emin Ağalarov Özbəkistan və Azərbaycan prezidentlərinin Daşkənddə keçirilən görüşündə işgüzar nümayəndə heyətinin tərkibində iştirak edib

23 08.2024

arrow

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü olub.

Görüşdə iştirak etmiş hörmətli qonaqlardan biri Sea Breeze kurort şəhərciyinin təsisçisi, Agalarov Development şirkətinin prezidenti Emin Ağalarov idi. Görüş zamanı Özbəkistanın paytaxtı Daşkənddə yeni irimiqyaslı memarlıq layihəsi olan Agalarov Residence-in tikintisinə start verildiyi elan olundu.