Sea Breeze-də Qadınlar arasında Basketbol 3x3 üzrə Dünya Seriyasının Bakı mərhələsi keçirildi

21 08.2024

arrow

Avqustun 17 və 18-də Sea Breeze-də Qadınlar arasında Basketbol 3x3 üzrə Dünya Seriyasının Bakı mərhələsinin oyunları keçirildi. Bakı mərhələsinin final oyununda Niderland və İspaniya komandaları qarşılaşdı.

Əlavə vaxta gedən final oyunu İspaniya yığmasının 18-16 hesablı qələbəsi ilə başa çatdı. Bakı mərhələsinin qalibi federasiya nümayəndələri tərəfindən mükafatlandırıldı.

Sea Breeze Dünya Basketbol Seriyasının Bakı mərhələsinin rəsmi tərəfdaşıdır.