Xəzər dənizini üzərək keçən məşhur səyyahlar Sea Breeze-ə çatdılar

18 09.2024

arrow

Xəzər dənizini üzüb keçərək, 288 kilometr qət etmiş dünyaşöhrətli səyahətçilər Karl Buşbi və Anjela Maksvell Qazaxıstandan Azərbaycana çatdılar.

Keçmiş hava desantçısı Karl Buşbi 1998-ci ildə başlamış və bu günə qədər davam edən piyada dünya səyahəti ilə məşhurlaşıb. O, ilk dəfə Berinq boğazını buz üzərində piyada və heç bir nəqliyyat vasitəsi olmadan keçib. 10 il ərzində Anjela Maksvell isə 22 min mildən çox yol qət edib və dörd qitəni gəzib.

Onlar 32 gün ərzində Xəzər dənizinin şərq sahilindən qərb sahilinə ümumilikdə 288 kilometr qət ediblər. Səyahətçilərlə birlikdə iki gənc üzgüçümüz – 15 qat respublika çempionu Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da bu unikal macərada iştirak etdilər.

Sea Breeze kurort şəhərciyində səyahətçiləri gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının nümayəndələri qarşıladılar. Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub.