Sea Breeze-də Azərbaycan və Səudiyyə Ərəbistanı İşgüzar Şurasının iclası keçirildi

02 10.2024

arrow

Oktyabrın 1-də Sea Breeze kurort şəhərciyində Azərbaycan və Səudiyyə Ərəbistanının Birgə İşgüzar Şurasının 5-ci iclası keçirildi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Palataları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki ölkənin rəsmiləri və iş adamları iştirak etdilər.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Səudiyyə Ərəbistanı Palataları Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizi iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiyalar və ixrac imkanları barədə fikirlərini bölüşdülər. Tədbir iştirakçıları Azərbaycanda ticarət və investisiya sahəsində işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlərdən danışdılar.

Sea Breeze-in satış direktoru Ena-Kameliya Məlikova təqdimatla çıxış edərək gələcəyin şəhərinin unikal layihəsini təqdim etdi. Tədbir “Sea Breeze” boyunca maraqlı ekskursiya ilə başa çatdı. Ekskursiya zamanı qonaqlar yaşayış kompleksləri və infrastruktur layihələrini şəxsən qiymətləndirə bildilər.