AzalClub millərin gradasiyası və hesablanma qaydaları

05 07.2023

arrow

Millər ödənilən məbləğə görə aşağıdakı kimi hesablanır: 

150 000 manatdan 250 000 manatadək ödənişlər üçün 6 000 mil
250 000 manatdan 350 000 manatadək ödənişlər üçün 12 000 mil
350 000 manatdan 450 000 manatadək ödənişlər üçün 18 000 mil 
450 000 manatdan 550 000 manatadək ödənişlər üçün 24 000 mil
550 000 azn-dən yuxarı ödənişlər üçün 30 000 mil

Qaydalar:

— Aksiya yalnız Azərbaycan ərazisində yerləşən Sea Breeze satış ofislərində daşınmaz əmlak alarkən keçərlidir;

— Aksiyada yalnız Sea Breeze satış ofisində alınan yeni mənzillər iştirak edir. Aksiya təkrar yaşayış mənzillərə, eləcə də partnyor layihələrinə şamil edilmir. Bu səbəbdən əmlak almağı planlaşdırdığınız layihə haqqında menecerlərdən müvafiq məlumat almağınız vacibdir. 

— Milləri almaq üçün satış menecerinə Azal Club servisində hesabınız olduğunu əvvəlcədən bildirməlisiniz. Bundan əlavə, müqaviləni imzalamadan öncə menecerə millər almaq istədiyiniz barədə məlumat verməyiniz şərtdir.

Əlavə qeydlər:

— Millər yalnız alış zamanı ödənilən məbləğə görə hesablanır. Ödəniş məbləğlərinə uyğun millər barədə məlumat yuxarıda qeyd edilib.

— Biz müştərinin təqdim etdiyi məbləği əsas götürdüyümüz üçün milləri mövcud olan bütün ödəniş formalarında təqdim edirik: istər birdəfəlik (tam) ödəniş, istərsə də daxili və ya bank ipotekası ilə. 

— Daxili hissəli ödəniş zamanı alıcı ümumi məbləğin 60%-dək olan hissəsini ödəyərək müəyyən edilmiş millərin yarısını alır. Digər yarısını isə ödənişin qalan hissəsini bağlayarkən alır;

— İpoteka ilə alış zamanı isə biz göstərilən millərin yarısını hesablayırıq. Vacib bir nüansı da qeyd edək ki, ipoteka zamanı ilkin ödəniş məbləği ümumi dəyərin 50%-dən də az hissəsini təşkil etdiyi halda, biz yenə də göstərilən millərin yarısını alıcıya təqdim edirik.