Təqdimatınızı seçin və endirin
25 07.2023
CLUB 500 qapalı beynəlxalq premium biznes klubunun VIP-rezidentləri Sea Breeze-in qonağı olublar.
Xəzər sahilində yerləşən kurort şəhərciyi ilə tanışlıq proqramına əraziyə ekskursiya və Sea Breeze Resort-un təsisçisi Emin Ağalarovun təqdimatı daxil idi.
Ekskursiya zamanı VIP-rezidentlər şəhərciyin infrastrukturu ilə yaxından tanış olub, həmçinin ərazidə həyata keçirilən hər bir layihə haqqında məlumat əldə edib, onları maraqlandıran suallara cavab alıblar.
Sea Breeze Resort & Residences kurort şəhərciyinin təsisçisi və developeri Emin Ağalarov yaxın gələcək üçün planlardan danışdı, layihənin gələcəyi, inkişafı və dünyanın turizm xəritəsindəki statusu barədə fikirlərini bölüşdü. Rezidentlər E.Ağalarovla ünsiyyətdə olmaq, onun məsləhət və tövsiyələrini dinləmək üçün unikal imkan əldə ediblər.
Qeyd edək ki, bu il CLUB 500 rezidentlərinin yekun toplantısı Bakıda keçirilib.