Sea Breeze “Latte Art” çempionatına ev sahibliyi etdi

17 10.2024

arrow

Oktyabrın 16-da dəbdəbəli The Grand Sea Breeze apart-hotelinin ziyafət zalında “Latte Art” çempionatı keçirildi. Peşəkar münsiflər heyəti sərbəst tökmə texnikasından istifadə edərək inək və alternativ süddən parlaq təsvirlər yaratmaq bacarığını, avadanlığın istismarı və stansiyada təmizliyin qorunması bacarıqlarını qiymətləndirdi. Çempionat ilk dəfə Sea Breeze kurort şəhərciyində Restaurants by Emin Agalarov tərəfindən keçirilib. Qəhvə və süd isə Lavazza tərəfindən təmin olundu.

İştirakçıların əl işləri və bütün proses böyük ekranda yayımlanırdı. Ayrı bir stansiyada qonaqlar inək, kokos və ya badam südü ilə isti Lavazza qəhvəsindən ləzzət aldılar.

Maraqlı yarış nəticəsində ən yaxşıların adları məlum oldu: Ramiz Hüseynli (Park Café) birinci, Nadir Quliyev (Tatte) ikinci, Ramik Həsənov (Fishbox) üçüncü yerə layiq görüldü. Bütün iştirakçılar Restaurants by Emin Agalarov, Lavazza və Sea Breeze tərəfindən qiymətli hədiyyələr qazandılar.