Təqdimatınızı seçin və endirin
29 08.2023
Avqustun 27-də Azərbaycan Avtomobil Federasiyası və Zhara Events-in təşkilatçılığı ilə keçirilən klassik avtomobillər sərgisi və avtoyürüş ilk dəfə Sea Breeze Resort-da finiş etdi.
Tədbir retro avtomobil həvəskarları və Sea Breeze-in qonaqları üçün əsl bayram oldu! Həmin gün Sea Breeze Resort-da olan hər kəs keçmişə maraqlı səyahət etdi! Keçən illərin hitləri, sənətçilərin retro üslubda geyimləri və təbii ki, möhtəşəm və nadir avtomobillər kolleksiyası ilə dolu konsert proqramı. EMIN'nin qırmızı Cadillac Eldorado-da gəlişi isə gecənin bütün qonaqlarının yaddaşında qaldı!