Təqdimatınızı seçin və endirin
14 05.2025
İyunun 6-da Sea Breeze-də yay musiqi mövsümünün açılışı baş tutacaq.
Gecənin əsas ulduzu Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Miri Yusif olacaq. Sənətçinin ən sevilən hitləri Sea Breeze-in əsas yay səhnəsindən səsləndiriləcək. Konsertdən əvvəl tamaşaçılara musiqili sürpriz – Dmitri Koldun və Amirçikin parlaq çıxışları gözləyir. Konsert Xəzər dənizi sahilində möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
Biletlər artıq satışdadır – iTicket-in saytında və tətbiqində, eləcə də şəhərin bütün kassalarında əldə edə bilərsiniz. Xatırladırıq ki, Sea Breeze sakinləri bütün konsertlər üçün 200 manatdan başlayan biletlərə 20% endirim əldə edirlər.