Təqdimatınızı seçin və endirin
06 11.2025
15 noyabr saat 15:00-da Sea Breeze kurort şəhərində ənənəvi nar ağaclarının əkilməsi mərasimi və ailəvi fəaliyyətlər təşkil olunacaq. Tədbirdə kurortun sakinləri və qonaqları, tanınmış ictimai xadimlər, həmçinin kurort-şəhərin qurucusu Emin Ağalarov və Sea Breeze Landscape departamenti iştirak edəcəklər.
Mərasim Nar Gününə – Azərbaycanın əsas qastronomik və mədəniyyət simvollarından birinə həsr olunmuş bayrama təsadüf edir. Əkiləcək ağaclar iri və şirəli nar sortları ilə məşhur Göyçay rayonundan gətiriləcək. Əkilmiş bitkilər 7 km uzunluğa malik Sea Breeze nar bulvarının bir hissəsi olacaq. Gələcəkdə bulvarın 20-22 km-ə qədər genişləndirilməsi planlaşdırılır.
Fəaliyyət cədvəli:
Hər fəaliyyət üçün qeydiyyat mütləqdir: Qeydiyyat link vasitəsilə
Mərasimin keçirildiyi məkan – The Choyxona restoranının yaxınlığı. Qonaqlar və rezidentlər üçün əraziyə pulsuz transfer təmin olunacaq: Şatllar The Grand-ın əsas girişindən saat 13:30-dan etibarən yola düşəcək.